Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur.
Oxu.Az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Yerevanda İran prezidenti Həsən Ruhani bildirib.
“Biz Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllini görmək istərdik. Bu bölgənin xeyirinə olacaq”, - Ruhani bəyan edib.
O qeyd edib ki, İran üçün həm Azərbaycan, həm də Ermənistan dost ölkədir.
Dekabrın 21-də İran prezidenti Ermənistana rəsmi səfərə gəlib.
N.O.
www.oxu.az