Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Üç "Oskar" qazanmış rejissorun növbəti cizgi filminin təfərrüatı məlum oldu
Yapon rejissoru Hayao Miyazaki artıq növbəti filmi üzərində işləyir.
Bu məlumatı kinematoqrafın oğlu Qoro Miyazaki təsdiqləyib.
Qoro Miyazakinin dediyinə görə, atası indi macəra filminə bənzəyən, nostalji və köhnə günləri xatırladan film yaradır. Miyazakinin yeni işinin digər təfərrüatı hələlik məlum deyil.
Qeyd edək ki, martın 11-də Hayao Miyazakinin "Oğlan və quş" tammetrajlı cizgi filmi ən yaxşı cizgi filmi nominasiyasında "Oskar" mukafatı alıb. Hekayədə oğlan Mahito anası üçün çox darıxır və sonda o biri dünyaya riskli səyahətə çıxmağa qərar verir.
Xatırladaq ki, Hayao Miyazakinin 83 yaşı var. O, bədii cizgi filmləri ilə tanınır: "Ruhlarla sovrulanlar" ("Spirited Away"), "Haulun yeriyən qəsri" ("Howl"s Moving Castle"), "Ürəyin pıçıltısı" ("Whisper of the Heart"), "Səma qəsri Laputa" ("Castle in the Sky") və "Qonşum Totorro" ("My Neighbor Totoro").
Onun "Ruhlarla sovrulanlar" filmi "Ən yaxşı animasiya filmi" nominasiyasında "Oskar" mükafatı qazanıb. Miyazaki, həmçinin 2014-cü ildə "Dünya animasiyasına dərin təsir göstərdiyinə görə" fəxri "Oskar"ın sahibidir.
Mənbə: ComicBook.com