Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
"Yar gəldi yar" mahnısının erməni musiqi nümunəsi kimi təqdim olunmasının qarşısı alındı
Azərbaycanın Xalq artisti Şövkət Ələkbərovanın ifa etdiyi "Yar gəldi yar" mahnısının "YouTube" səhifəsində erməni musiqi nümunəsi kimi yerləşdirilməsinin qarşısı alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə Əqli Mülkiyyət Agentliyi məlumat yayıb.
Məlumatda deyilir:
"Bildiririk ki, Ş.Ələkbərovanın ifa etdiyi "Yar gəldi yar" mahnısı "Armenian Music, (Torkish languge) Music 15. (rare) Music 17. Şövkət Ələkbərova (rare)" "rekviziti" altında 2016-cı il sentyabrın 4-də "YouTube"un "BehrooZ Abshar" adlandırılan səhifəsində yerləşdirilib.
"Yar gəldi yar" mahnısı 1957-ci il 16 aprel tarixində Azərbaycanın Xalq artisti Səid Rüstəmovun dirijorluğu və Xalq çalğı ansamblı orkestrinin müşayiəti ilə Ş.Ələkbərovanın ifasında lentə alınıb. Səslənmə müddəti (xronometraj) 4.33 saniyədir. 13313 kod nömrəsi ilə "AzTV-nin "Qızıl Fondu"nda saxlanılır.
Məlumat üçün bildiririk ki, Ş.Ələkbərovanın "YouTube"da əmlak hüquqlarının idarəçiliyini bu sahədə Bakı şəhərində fəaliyyət göstərən "Mikpro" MMC həyata keçirir.
Buna görə də, "Mikpro" MMC cəlb edilməklə Əqli Mülkiyyət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Ş.Ələkbərovanın ifaçı kimi hüquqlarının pozulmasına səbəb olan qeyd edilən video "YouTube"dan "BehrooZ Abshar" səhifəsindən silinib.
Bununla da, Ş.Ələkbərovanın ifaçı kimi hüquqlarının pozulması "YouTube" rəhbərliyi tərəfindən öz təsdiqini tapıb və onun pozulmuş hüquqları bərpa edilib.
"Əqli Mülkiyyət Agentliyi" teqi üzrə xəbərlər
- Gürcüstan TV-lərində "Basqalı" rəqsi "erməni şalaxosu" kimi təqdim edilib? - Agentlik AÇIQLADI
- "Basqalı" rəqsi və "Bu qala, daşlı qala" mahnısının "erməni şalaxosu" kimi təqdim edilməsinə ETİRAZ
- Ermənilərin oğurladığı Azərbaycan mahnısı "YouTube"dan silindi
- Erməni ifaçının oxuduğu "Yarımgilə" mahnısının platformalardan silinməsi üçün bildiriş göndərilib
- Erməni ifaçının mənimsədiyi "Qarabağ" mahnısı musiqi platformalarından silinib
Rəylər