Fransada caz akademiyasına qəbul olmuş yeganə azərbaycanlı cazmen, bəstəkar və pianoçu, virtuoz Etibar Əsədli ilklərə imza atmaqda davam edir.
Oxu.Az xəbər verir ki, o, Azərbaycanda ilk dəfə bütün milli alətləri “Kontakt” virtual alətlər üzərinə yazıb proqramlaşdırıb.
Onun bu əməyi nəticəsində artıq hər kəs canlı çıxışlarında, film musiqilərində və aranjimanlarında milli alətlərimizdən istifadə edə biləcək.
Etibar dünyada ilk dəfə pianonu Azərbaycan muğam musiqisinə uyğun olaraq kökləyərək əsərlərimizi fərqli bir formada təqdim edir.
Ölkəmizi xaricdə uğurla təmsil edən Etibar Əsədli Baku.TV-nin suallarını cavablandırıb: