Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Rusiyalı politoloq: "Biz Paşinyan kimilər üçün "dəliyə yel ver, əlinə bel ver" məsəlini işlədirik"
Ermənistanda ABŞ ilə birlikdə keçirilən "Eagle Partners 2024" hərbi təlimləri davam edir. Hərbi təlimlərin fonunda ABŞ dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Uzra Zeya Ermənistanın "Hetq" nəşrinə müsahibəsində Ermənistan Müdafiə Nazirliyində Birləşmiş Ştatlar ordusunun nümayəndəsinin işləyəcəyini təsdiqləyib.
Yeri gəlmişkən, Uzra Zeya bunu çoxdan gözlənilən hadisə və Ermənistan-ABŞ münasibətlərində strateji tərəfdaşlığın yeni mərhələsinin başlanğıcı adlandırıb.
Ermənistan-ABŞ hərbi təlimlərini Oxu.Az-a şərh edən rusiyalı hərbi ekspert, publisist, "İzborsk" klubunun daimi üzvü Vladislav Şurıgin ilk növbədə bir neçə məqama diqqət çəkib:
- Biz başa düşməliyik ki, baş nazir Nikol Paşinyan bütün Ermənistanı təmsil edən şəxs deyil. Bundan əlavə, bugünkü geosiyasi vəziyyətdə amerikalılar və avropalılar (ingilis, fransız, kim olursa-olsun) heç vaxt birbaşa Ermənistana daxil ola bilməyəcəklər. Onlar Azərbaycandan, Rusiyadan, Türkiyədən, İrandan yan keçə bilməzlər. Ola bilsin ki, bunu Gürcüstan vasitəsilə həyata keçirmək mümkün olsun, lakin Tbilisi xüsusən də Ermənistanla bağlı məsələlərdə münaqişələrə qarışmağa hazır deyil. Ermənistan Respublikası heç vaxt nə Avropaya, nə də ABŞ-yə söykənə bilməyəcək. Ermənistana görə heç kim böyük müharibəyə daxil olmayacaq. Moskvada isə Paşinyanın oyunlarını hərtərəfli izləyirlər. Amma Ermənistan rəhbərliyinin nümayiş etdirdiyi bu cür oyunlar ona çox baha başa gələ bilər.
Özlüyündə bu hərbi təlimləri və onların ətrafında səsləndirilən bəyanatları isə əhəmiyyətsiz adlandırmaq olar. Amerikalılar bütün dünyada, tamamilə fərqli səbəblərdən, yüzlərlə belə hərbi təlimlər keçirirlər. Bu, sadəcə olaraq, müttəfiqlərlə, o cümlədən Nikol Paşinyan kimi şəxslə əməkdaşlıqdır. Ermənistanın baş naziri Ermənistandan başqa hər kəsin maraqlarına qulluq edən avantürist bir fiqurdur. Biz Paşinyan kimi şəxslər üçün "dəliyə yel ver, əlinə bel ver" məsəlini işlədirik. Bir daha təkrar edirəm: biz Ermənistanda baş verən istənilən hadisəni diqqətlə izləyirik, çox gözəl başa düşürük ki, Paşinyan bizim dostumuz deyil və onun nəyə nail olmaq istədiyi hamıya çoxdan bəllidir.
- Yeri gəlmişkən, Ermənistan mətbuatına hakim Vətəndaş Sazişi Partiyasından informasiya sızıb. İddia olunur ki, Nikol Paşinyan Qərbdən heç bir dəstək ala bilmədiyinə görə payızda Moskvanın hüzuruna gedəcək.
- Bu, çox güman ki, heç bir şeydən sensasiya yaratmaq cəhdidir. Bizim Nikol Paşinyana münasibətimiz kifayət qədər aydın və qətidir, həmçinin, sözsüz ki, güclü iradəyə malik olan tərəfik. Biz Nikol Paşinyanla haqq-hesabı çürütmək fikrində deyilik. Eyni zamanda, biz çox gözəl başa düşürük ki, Paşinyan gələcəkdə bizi qane etməyəcək. Ona görə də biz Ermənistan xalqının növbəti seçimini gözləyəcəyik. Qarabağ məsələsi isə artıq qapandığı üçün ən sərfəlisi - Zəngəzur dəhlizinin normal fəaliyyətini təmin edəcək, Ermənistanın maraqlarını başa düşəcək, onun Rusiya, Avropa və türk dünyası arasında tranzit mövqeyini anlayacaq milliyönümlü liderin gəlişi olacaq. Belə olan halda Ermənistanın gələcəyi var. Üç kresloda oturmaq cəhdi isə Ermənistanın deqradasiyasına gətirib çıxaracaq. Aydındır ki, Ermənistan Respublikası yalnız Rusiya ilə müttəfiqlik, Azərbaycanla mehriban qonşuluq münasibətləri və yerləşdiyi coğrafi mövqeyi aydın dərk etməklə mövcud ola bilər.
Nair Əliyev
"Nikol Paşinyan" teqi üzrə xəbərlər
- Paşinyan delimitasiya prosesinin davam edib-etməyəcəyi ilə bağlı suala cavab verdi
- Paşinyan: "Dəmir yolu əlaqəsinin bərpası ilə bağlı Azərbaycana təklif göndərmişik"
- Ermənistanın baş naziri: "Məhkəmələrdə Azərbaycana qarşı iddiaları geri götürməyə hazırıq"
- Paşinyan: "Ermənistan üçüncü ölkələrin qüvvələrini Azərbaycanla sərhədə yerləşdirməməyə razıdır"
- Ermənistanın siyasi mühitində xaos: Hakim partiyada qorxu mühiti