Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Baş idarə rəisi: "Hərbi xidmət müddətinin azaldılmasına hələ hazır deyilik"
"Hərbi xidmət müddətinin azaldılması ilə bağlı müzakirələr aparılsa da, müddətin azaldılmasına hələ hazır deyilik".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Həqiqi hərbi xidmətə çağırış Baş İdarəsinin rəisi Azər Babayev parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında çıxışı zamanı deyib.
Dövlət xidmətinin rəsmisi bildirib ki, əsas məqsəd bütün sui-istifadə halların qarşısını almaqdır.
Onun sözlərinə görə, 2020-24-cü illərdə təhsili davam etdirmək üçün hərbi xidmətdən möhlət alanların sayında 44 faiz artım olub:
"Həmin müddətdə hər il üzrə 30-35 yaşlı çağırışçılar ümumi resursun 0,2 - 0,3 faizini təşkil edib. Bu çağırış resursuna ciddi təsir göstərən rəqəm sayıla bilməz. Yəni magistr və rezidentura tələbələri çağırışdan azad olunsa, bu çağırış resursuna ciddi təsir göstərməz".
İki və daha artıq övladı olan şəxslərin hərbi xidmətdən azad edilməsinə gəlincə, A.Babayev bildirib ki, qonşu dövlət olan Türkiyə təcrübəsində belə hal yoxdur.
O, həmçinin əlavə edib ki, Dövlət Xidmətinə alternativ xidmət üçün müraciət edənlər yalnız "Yahova şahidləri"dir:
"Alternativ hərbi xidmətin əsasnaməsi 1992-ci ildə təsdiq edilib. Amma bunun tətbiqolunma qaydaları yoxdur. Bizə əsas daxil olan müraciətlər "Yahova şahidləri"dir. Yalnız onlar alternativ xidmət üçün müraciət edirlər və bu, bəzən ödənişli xidmət kimi başa düşülür. Amma bu, tamam fərqli anlayışdır".

"Hərbi xidmətə çağırış" teqi üzrə xəbərlər
- Prezidentdən müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
- Azərbaycanda yaşı 31-dən yuxarı olan əsgərlərin ordudan tərxisinə başlanıldı
- Hərbi geyim forması ilə bağlı qaydanı pozanlar 1000 manatadək cərimə oluna bilərlər
- Əli Əsədovdan qurumlara hərbi xidmət keçmənin son yaşının endirilməsi ilə BAĞLI TAPŞIRIQ
- Bu gündən Azərbaycanda həqiqi hərbi xidmətə növbəti çağırış başlayıb