Noyabrın 9-u Bakıda bıçaqlanaraq öldürülən Natiq Ramazanov Vətən müharibəsinin iştirakçısı olub.
Oxu.Az-ın məlumatına əsasən, Natiq Ramazanov bu ilin iyunun 24-də “Füzulinin azad olunmasına görə” medalı ilə təltif də olunub.
O, döyüşlərdə leytenant kimi iştirak edib.
Noyabrın 9-u saat 17:00 radələrində şəhər sakini, 1991-ci il təvəllüdlü Natiq Ramazanovun aldığı xəsarət nəticəsində xəstəxanaya aparılarkən yolda ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, Natiq Ramazanov “TikTok” sosial şəbəkə hesabında yazdığı nalayiq ifadələrlə əlaqədar şəhər sakini 1982-ci il təvəllüdlü Əli Musayev ilə Nizami rayonu, Q.Qarayev prospektində görüşüb.
Bu zaman aralarında baş vermiş mübahisə zamanı sonuncu Natiq Ramazanova sağ budun yuxarı nahiyəsindən bıçaqla xəsarət yetirib və nəticədə o, xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Əli Musayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Ailə idi, iki övladı var.
View this post on Instagram
"Füzuli" teqi üzrə xəbərlər
- Vətən müharibəsinin 23-cü günü: 13 kənd işğaldan azad edilir - Foto
- XTQ-nin düşmən arxasındakı manevri: Füzulinin azad edilməsinin hərbi-strateji əhəmiyyəti - Video
- Füzuliyə köçən 1000-dən çox sakin işlə təmin olundu
- Vətən müharibəsinin 21-ci günü: Füzuli şəhəri işğaldan azad edilir
- Füzuli şəhərinin işğaldan azad edilməsindən 6 il ötür
Digər xəbərlər
