Dünyaca məşhur fotoqraf Reza Deqati Azərbaycanın işğaldan azad edilmiş Xudafərin körpüsünün fotolarını paylaşıb.
O, “Instagram” hesabından etdiyi paylaşımda bildirib ki, Cəbrayıl rayonu Avropa ilə Asiyanı birləşdirən ticarət yolları, İpək Yolunun üstündə yerləşir:
Fotoqraf qeyd edib ki, Avropadakı şərqşünaslar, İran, Türk dünyası və Çindəki şairlər hekayələr, əfsanələr və fantaziyalarda ondan ilham alıblar.
“Xudafətin körpüsü XIII əsrdən bəri İpək yolu boyunca Azərbaycanla İran arasında əsl təbii sərhəd Araz çayını keçmək üçün istifadə olunan iki tarixi körpüdür.
1993-cü ildən 2020-ci ilin oktyabrına qədər Cəbrayıl rayonu erməni qüvvələri tərəfindən işğal edildi. 18 oktyabrdan etibarən Azərbaycan qüvvələri bölgəyə və bu tarixi və simvolik abidələrə nəzarəti bərpa etdilər”.
Reza qeyd edib ki, Cəbrayıldan olan ailələr son 27 ildən sonra ilk dəfə doğma yurdlarını görə biləcəklər.
View this post on Instagram"Cəbrayıl" teqi üzrə xəbərlər
- Vətən müharibəsinin 26-cı günü: 21 yaşayış məntəqəsi işğaldan azad edilir - Foto
- İşğaldan azad olunmuş ərazilərdə nə qədər əhali qazla təmin olunur?
- Vətən müharibəsinin 23-cü günü: 13 kənd işğaldan azad edilir - Foto
- Xudafərin əməliyyatının bilinməyən detalları açıqlandı - Video
- Xüsusi təyinatlı: "Bir günə 105 kilometr irəliləməyimiz həlledici məqamlardan idi" - Foto/Video
Digər xəbərlər