Rusiya 100-dən çox dövləti beynəlxalq silah və hərbi texnika sərgisi Russia Arms Expo-ya (RAE-2015) dəvət edib. Bu barədə Ural federal vilayətində keçirilən iclasda Rusiya Federasiyası prezidentinin səlahiyyətli nümayəndəsi İqor Xolmanski bildirib.
RAE-2015 sentyabrın 9-dan 12-nə qədər Nijni Tagildə keçiriləcək.
Təşkilatçılar RF Sənaye və Ticarət Nazirliyi və Scerdlovsk vilayətinin rəhbərliyi, eləcə də “Uralvaqonzavod” elmi-istehsalat korporasiyasıdır.
Oxu.Az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.
RAE dünyada əsas silah sərgilərinin siyahısına daxildir. 2013-cü ildə sərgiyə gələnlərin sayı 21 minə çatıb, onların sırasında Avropa, Yaxın Şərq və Afrika dövlətlərindən olan 40 nümayəndə heyətinin tərkibinə daxil olan 467 xarici vətəndaş olub.