ATƏT həmsədlərinin Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı konkret resepti yoxdur.
Oxu.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfiri İvan Volınkin açıqlama verib.
“Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə ATƏT-in Minsk qrupu cavabdehdir. Ancaq ATƏT həmsədləri – Rusiya, Fransa və ABŞ yalnız vasitəçiliklə bağlı tədbirlər görüb.
Bu, o deməkdir ki, nə Rusiya, nə Fransa, nə də ABŞ-ın bu problemin həlli üçün konkret resepti var”, - deyə səfir bildirib.
Səfir qeyd edib ki, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı yalnız Ermənistan və Azərbaycan öz aralarında razılığa gələ bilər.
“Bunun üçün lazımi şəraitin yaranması üçün Rusiya ABŞ və Fransa ilə birgə əlindən gələni edir. Ona görə də onun tam həlli - Bakı və İrəvanın əlindədir”, - deyə səfir vurğulayıb.