24 
Dek
2016
16:49
90
440
39426
Virtual karabakh

İlin ən yaxşıları seçildi - SİYAHI + FOTO

24 Dek, 2016
16:49
39426

İlin ən yaxşıları seçildi - SİYAHI + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dekabrın 21-də Bakıda “Azerbaijan's Best Awards - 2016” (“Azərbaycanın ən yaxşıları - 2016”) mükafatlandırma mərasimi baş tutub.

Oxu.Az xəbər verir ki, tədbir “Zirvə” Ziyalılar Təşkilatının yaranmasının 25 illik münasibəti ilə həyata keçirilib. Gecənin aparıcısı İTV-nin tanınmış siması Kamran Quliyev olub.

Təşkilatın prezidenti, rəssam Minayə Dəyanət qonaqları salamladıqdan sonra mükafatların təqdim olunması başlayıb. Tədbirdə milllət vəkili, elm adamı, ictimai xadim, həkim, müğənni, aktyor, aktrisa, idmançı, stilist, aparıcı, modelyer, iş adamı, jurnalistlər və digər sahələrin tanınmış nümayəndələri mükafatlandırılıb. 

Layihənin rəhbəri Ləman Mirtalıblıdır.

Mükafata layiq görülənlər arasında millət vəkilləri Qənirə Paşayeva, Nizami Cəfərov, Xalq artistləri Alim Qasımov, Məleykə Əsədova, Əməkdar artistlər Tünzalə Ağayeva, Röya Ayxan və başqalarının adlarını çəkmək olar.

Xalq artisti Alim Qasımovun mükafatı qızı, Əməkdar artist Fərqanə Qasımovaya təqdim olunub.

Qeyd edək ki, mükafatlandırılanlar arasında Oxu.Az İnformasiya Agentliyinin əməkdaşı Aytən Sadıqzadə də olub. O, “Ən yaxşı operativ jurnalist” adına layiq görülüb.

Siyahıda yer alan bəzi tanınmışların adlarını təqdim edirik:

Stilistlər:

Anar Ağakişiyev - “Ən yaxşı beynəlxalq stilist”

Elnur Həsənov - “Ən yaxşı dəb stilisti”

Modelyerlər:

Günel Behbudova - “Ən yaxşı modelyer”

Şəlalə Maqsudova -  “Ən yaxşı dəbli gənc modelyer”

Modellər:

Mübariz Allahverdizadə - “Ən yaxşı model xareoqraf”

Aqil Məmiyev - “Ən yaxşı beynэlxalq moda təşkilatçısı”

Günel Məmmədova - “Ən yaxşı model”

Zəhra Qaraxanova - “Ən yaxşı beynəlxalq model”

Məryəm Quliyeva - “Ən yaxşı qız uşaq modeli”

Rəqqasə:

Fatimə Fətəliyeva - “Ən yaxşı peşəkar rəqqasə”

Jurnalistlər:

Kəmalə Əliyeva (day.az) - “Ən yaxşı qadın jurnalist”

Aytən Sadıqzadə (oxu.az) - “Ən yaxşı operativ jurnalist”

Əfruzə Ağayeva (big.az) - “Ən yaxşı maqazin layihəsi”

Türkan Məmmədli (primetime.az) - “Ən yaxşı maqazin saytı”

Vüqar İmanov (trend.az) - “Ən yaxşı peşəkar jurnalist”

Yeganə Rzaxanova (vesti.az) - “Ən yaxşı qadın maqazin jurnalisti”

Zəhra Əhmədova (axsam.az) - “Ən yaxşı dəbli jurnalist”

Elvin Elxan (qafqazinfo.az) - “Ən yaxşı kişi maqazin jurnalisti”

Hafiz Yaqublu (showxeber.az) - “Ən yaxşı operativ xəbər portalı”

Vüqar Səfərli - “Ən yaxşı kişi televiziya jurnalisti”

Nərgiz Əliyeva - “Ən yaxşı qadın televiziya jurnalisti”

Verilişlər:

“ATV maqazin onlarla” - “Ən yaxşı maqazin layihəsi”

“Nəsib olsa”- “Ən yaxşı televiziya şousu”

Aktyor/ Aktrisa:

Mələykə Əsədova - “Ən yaxşı aktrisa”

Tural Əhməd - “Ən yaxşı tanınmış aktyor”

Hüseyn Əzizoğlu - “Ən yaxşı gənc aktyor”

İfaçılar:

Alim Qasımov - “Ən yaxşı beynəlxalq muğam ifaçısı”

Röya Ayxan - “Ən yaxşı beynəlxalq pop ifaçısı”

Tünzalə Ağayeva - “Ən yaxşı ifaçı”

Zamiq Hüseynov - “Ən yaxşı kişi pop ifaçısı”

Nura Suri - “Ən yaxşı dəbli ifaçı”

Elnar Xəlilov - “Ən yaxşı tanınmış ifaçı”

Çingiz Mustafayev - “Ən yaxşı dəbli ifaçı”

Günay İbrahimli - “Ən yaxşı qadın pop ifaçısı”

Fərid Həsənov - “Ən yaxşı beynəlxalq ifaçı”

Prodüser:

Tarix Əliyev - “Ən yaxşı prodüser”

Xüsusi qonaqlar:

Nizami Cəfərov - “Ən yaxşı kişi siyasətçi”

Qənirə Paşayeva - “Ən yaxşı qadın siyasətçi”

İlhamə Hacıyeva - “Ən yaxşı elm adamı”

Azay Quliyev (Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri) - “Azerbaijan’s Best Awards” 

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri