10 
Avq
2018
18:26
163
167
8351
Virtual karabakh

“Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edildi

10 Avq, 2018
18:26
8351

“Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Prezidenti İlham Əliyev “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.

Oxu.Az dövlət başçsının rəsmi saytına istinadən xəbər verir ki, sərəncam əsasən, Qanunun 10.19-cu maddəsində “10 manat” sözləri “20 manat” sözləri ilə əvəz edilib.

Beləliklə, 1 yanvar 2019-cu ildən etibarən Ədliyyə Nazirliyi tərəfindən göstərilən icra qeydinin aparılması xidmətinə görə rüsum 20 AZN təşkil edəcək.

Qeyd edək ki, borclunun olduğu yer üzrə notariuslar borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün əlaqədar şəxslərin ərizələrinə əsasən borcu müəyyən edən sənədlərdə icra qeydləri aparırlar.

Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı Azərbaycan Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri