Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

“Notariat haqqında” Qanunda dəyişiklik edilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.
Oxu.Az-ın dövlət başçsının rəsmi saytına istinadən xəbər verir ki, dəyişikliyə əsasən, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır.
İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat kontorlarına müraciət edə bilərlər.
Tələbkar icra qeydinin aparılması üçün notariat kontoruna müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir.
Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
Bu Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minir.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Prezidentin Mətbuat Xidməti İlham Əliyev və Mehriban Əliyevanın Ağdərə səfərindən videoçarx paylaşıb
- Ağdərənin Suqovuşan kəndində yaşayış kompleksi istifadəyə verilib
- Prezident: "Heç də hər bir ölkə öz maraqlarını, ədalətli maraqlarını özü təmin edə bilmir"
- Prezident: "Şadam ki, artıq Suqovuşan kəndində də keçmiş köçkünlər yerləşirlər"
- İlham Əliyev və Mehriban Əliyeva Ağdərənin Həsənriz kəndində Novruz tonqalını alovlandırıblar