Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Xəzərin hüquqi statusu haqqında Konvensiya imzalandı - FOTO/VİDEO
Xəzəryanı dövlət başçıları Aktauda 1996-cı ildən üzərində iş aparılan Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı imzalayıblar.
Oxu.Az xəbər verir ki, təntənəli mərasim zamanı Konvensiyanı Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin, Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov, Qazaxıstan prezidenti Nursultan Nazarbayev və İran prezidenti Həsən Ruhani imzalayıblar.
Ekspertlər liderlərin imzaladığı sənədi Xəzər dənizinin “konstitusiyası” adlandırırlar.
Konvensiyaya əsaən, Xəzər xüsusi hüquqi statusa malik olacaq. Xəzər dənizinə nə BMT-nin dəniz hüququna dair 1982-ci il Konvensiyası, nə də transsərhəd qonşuların münasibətləri zamanı istifadə edilən prinsiplər şamil oluna bilər.
Konvensiyaya əsasən, Xəzərin su səthinin əsas hissəsi tərəflərin ümumi istifadəsində qalır, dibi və faydalı qazıntılar isə qonşu dövlətlər arasında beynəlxalq hüquq normalarına uyğun bölünür.
Beləliklə də, bütün Xəzəryanı ölkələr gəmi nəqliyyatı, sualtı boruların çəkilməsi və digər əsas məsələlərdə ümumi razılığa gəliblər.
Президенты России, Казахстана, Азербайджана, Ирана и Туркменистана подписали Конвенция о правовом статусе Каспийского моря pic.twitter.com/FRdQgXCrf4
— Кремлевский пул РИА (@Kremlinpool_RIA) August 12, 2018
"Birləşmiş Millətlər Təşkilatı (BMT)" teqi üzrə xəbərlər
- Antoniu Quterreş: "İqlim ədaləti üçün beynəlxalq əməkdaşlıq vacibdir"
- BMT-nin Turizm baş katibi: "Uşaqlara iqlim dəyişikliyi nə olduğu aşılanmalıdır"
- BMT-nin polis rəisi: "Azərbaycan hökumətinin COP29-a hazırlıq işlərindən razıyıq"
- BMT baş katibinin köməkçisi Elçin Əmirbəyov və Vüqar Süleymanovla görüşüb
- BMT BA-nın 3-cü Komitəsində Azərbaycanın irəli sürdüyü qətnamə qəbul edilib