Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
BMT-də Azərbaycanın işğal olunumuş əraziləri müzakirə olunacaq
BMT Baş Assambleyasının 73-cü sessiyasının ilkin gündəliyinə daxil edilən sənədlər arasında “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” və “GUAM məkanında dondurulmuş münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişaf üçün fəsadları” adlı qətnamə layihələri də var.
Oxu.Az-ın məlumatına görə, qətnamə layihələri assambleyanın 72-ci sessiyası zamanı müzakirə olunmadığından növbəti toplantının gündəliyinə müvafiq olaraq 41 və 35-ci bəndlər altında salınıb.
Bu sessiyanın gündəliyində ümumilikdə 175 bənd, o cümlədən, sülh və təhlükəsizlik, silahsızlaşdırma, narkotiklərin qanunsuz yayılmasının qarşısının alınması, beynəlxalq terrorçuluğa qarşı mübarizə və s. məsələlər var.
BMT Baş Assambleyasının 73-cü sessiyasının rəsmi açılışı sentyabrın 18-də Nyu-Yorkda keçiriləcək.
Ənənəvi ümumi müzakirələr sentyabrın 19-dan 25-dək baş tutacaq.
"Birləşmiş Millətlər Təşkilatı (BMT)" teqi üzrə xəbərlər
- Antoniu Quterreş: "İqlim ədaləti üçün beynəlxalq əməkdaşlıq vacibdir"
- BMT-nin Turizm baş katibi: "Uşaqlara iqlim dəyişikliyi nə olduğu aşılanmalıdır"
- BMT-nin polis rəisi: "Azərbaycan hökumətinin COP29-a hazırlıq işlərindən razıyıq"
- BMT baş katibinin köməkçisi Elçin Əmirbəyov və Vüqar Süleymanovla görüşüb
- BMT BA-nın 3-cü Komitəsində Azərbaycanın irəli sürdüyü qətnamə qəbul edilib