Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Paşinyan iki ağanın nökəri olmağa çalışır - RUSİYADAN BAXIŞ
İnanmaq istərdik ki, Ermənistanın yeni hakimiyyəti özünün həqiqi təyinatını dərk edib, özlərini okeanın o biri tayındakı yeni dostlarının gözləri ilə görüb və buna görə də Rusiya ilə onlar arasında baş verən hadisələrdən geri qayıtmaq istəyirlər. Ancaq buna inanmaq çətindir.
Bu fikirləri Oxu.Az-a açıqlamasında “Polit RUS” analitik ekspert şəbəkəsinin sədri Vitali Arkov deyib.
Onun sözlərinə görə, güman ki, rəsmi Yerevan üçün Moskva ilə ənənəvi dialoq şantaj yolu ilə baş verir.
“Görünən odur ki, Paşinyan üçün təyin olunmuş müddət başa çatana qədər KTMT-də Ermənistanın sədrliyini qoruyub-saxlamaq çox vacibdir. Onun tərəfdarlarının növbədənkənar parlament seçkilərində qələbə qazanmasından daha çox, Azərbaycanın hərbi bloka de-yure yaxınlaşmasına imkan verməmək baxımından vacibdir, halbuki KTMT masasında Paşinyanın İlham Əliyevə məğlub olması ölkəsində seçki əhval-ruhiyyəsinə bilavasitə təsir edəcək”, - ekspert bildirib.
V.Arkov əlavə edib ki, KTMT rəhbərliyinə Minskin gətirilməsi və Azərbaycana hərbi yaxınlığı ilə seçilən insanın təyin edilməsi ilə Moskva Yerevanı əvvəlki addımlarına (misal üçün, Qarabağ münaqişəsinin həlli üçün Moskvanın Dağlıq Qarabağ ətrafında işğal edilmiş rayonların mərhələli qaytarılma planını sabotaj etmə), eyni zamanda, təşkilatın sabiq rəhbəri Yuri Xaçaturova qarşı Kremlin xəbəri olmadan həbs-qətimkan tədbirinin seçilməsinə görə cəzalandırır.
“Paşinyanın bu hərəkətlərini axmaqlıq və özünə inamın üzərinə yazmaq olar, ancaq bu, düzgün olmaz, çünki sözügedən əlamətlər Yerevanın indiki siyasətində də mövcuddur”, - müsahibimiz bildirib.
Ekspert qeyd edib ki, N.Paşinyan hakimiyyətinin iki ağanın nökəri olmaq istədiyini müşahidə edirik.
“Bu vəziyyət fərqli olar bilərdi – Sarqsyan Moskva və Brüssel arasında balans yarada bilmişdi. Ancaq indi bu fərqlidir. Ermənistanın havadarları (hazırkı vəziyyətdə Rusiya və ABŞ) bu ölkədən kimin yanında olduğunu müəyyən etməyi tələb edir. Daha dəqiq desək, kimin altında olduğunu...”, - o qeyd edib.
V.Arkov əmindir ki, Paşinyan üçün tərəflərdən birinin seçilməsi faciəlidir.
“Bəli, Ermənistan üçün ən dəhşətlisi isə istənilən səhvdən bütün xalq zərər görə bilər. Paşinyanın səhvlərinin qanlı nəticələrə səbəb olacağı aydın görünür. O cümlədən, Ermənistanın qondarma “Dağlıq Qarabağ Respublikası” üzərində nəzarətin itirilməsi də bu səhvlərə aiddir.
Əgər Paşinyan hazırkı siyasətini davam etdirsə və Putinin qarşısında açıq şəkildə yaltaqlanaraq, əslində isə ABŞ-ın regionda möhkəmlənməsinə şərait yaratsa, Kreml təkcə KTMT rəhbərliyinin Minskə verilməsi ilə kifayətlənməyəcək, eyni zamanda, KTMT-nin Bakı ilə əməkdaşlıq müqaviləsinin imzalamasına imkan verəcək”, - V.Arkov əlavə edib.
Ə.Ş.
www.oxu.az
Oxu.Az yeniləndi!
"Bakı" teqi üzrə xəbərlər
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
- "The Telegraph": "Bakı gözlədiyinizdən daha çoxunu təklif edir"
- Qarabağ qazisi Bakıda binaları COP29-a uyğun rəsmlərlə bəzədi
- Əfsanəvi Ronaldinyo Bakıya COP29-la bağlı səfərindən paylaşım edib
- Dünya futbolunun əfsanəsi Ronaldinyo Azərbaycana gəlib
Rəylər