Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Deputat: Azərbaycan terrorçuluğa məruz qalan ölkədir
Bu gün biz həssas dünyada yaşayırıq və dünyada heç bir ölkə terrorçuluq, radikallıq və ekstremizmdən sığortalanmayıb. Azərbaycan da terrorçuluğa məruz qalan bir ölkədir.
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva parlamentdə Parlamentlərarası İttifaqın (PAİ) Gənc Parlament Üzvlərinin 5-ci Qlobal konfransında deyib.
S.Fətəliyeva bildirib ki, 20 ildən artıqdır ki, Azərbaycan torpaqlarının 20 faizi erməni işğalı altındadır və qonşu Ermənistanın etnik təmizləməsi nəticəsində bir milyondan artıq soydaşımız öz doğma yurdlarını tərk etməyə məcbur olaraq qaçqın və məcbri köçkün vəziyyətinə düşüblər.
Komitə sədrinin müavini vurğulayıb ki, bu işğal zamanı törədilmiş etnik təmizləmə terrorun hər bir ölkə üçün necə təhlükəli olmasının bariz nümunəsidir.
S.Fətəliyeva bildirib ki, gənclər radikal ideyalara qarşı həmişə həssas olublar. Bu baxımdan, gəncləri qorumağın zəruriliyini vurğulayan S.Fətəliyeva Azərbaycanda gənclərə böyük diqqət və qayğının göstərildiyini qeyd edib.
Millət vəkili əlavə edib ki, dünyada bəzi terror təşkilatları özlərini İslam təşkilatı kimi təqdim edərək İslamın adına xələl gətirirlər və gəncləri pis yola sürükləyirlər. Dünyada etnik və dini zəmində yaranan münaqişələrin sayı get-gedə artmaqdadır:
“Azərbaycan öz dözümlülük ənənələrini qoruyub-saxlayır. Müxtəlif dinlərə və etnik qruplara mənsub olan xalqlar əsrlər boyu Azərbaycanda yaşayır və ona görə də tolerantlıq və multikulturalizm ideyaları həyatımızın ən dəyərli hissəsidir və dövlət siyasətinin prioritetlərindən biridir”.
Kamil HƏMZƏOĞLU
www.oxu.az
Oxu.Az yeniləndi!
ANDROID əməliyyat sistemli smartfonlar
iOS əməliyyat sistemli smartfonlar
"Aİ" teqi üzrə xəbərlər
- Gürcüstanda yeni gərginliyin siqnalı - "Zurabişvili reallıq hissini itirib"
- Sanksiyalara rəğmən: Aİ Rusiya neftinin alışını maksimuma çatdırıb
- Aİ Rusiyaya qarşı 16-cı sanksiyalar paketini hazırlayır
- Köhnə dünyanın fiaskosu: "Güllələrin istehsalı çörək istehsalını qabaqlayıb"
- Ərdoğan: "Aİ-yə üzvlük Türkiyənin strateji hədəfi olaraq qalır"