Qırğızıstanın paytaxtı Bişkekdə Heydər Əliyevin adına park salınacaq.
Oxu.Az Qırğızıstan KİV-ə istinadən xəbər verir ki, bununla bağlı paytaxt bələdiyyəsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Oktyabrsk rayonunun rəhbəri Renat Aytımbetov və Azərbaycanın Bişkekdəki səfiri Orucov Hidayət Xuduş oğlu parkın salınacağı yeri müzakirə ediblər.
Parkın ümumi sahəsi 5,5 hektar olacaq. Park ərazisində insanların istirahəti üçün hər cür şərait yaradılacaq.
Parkın layihəsi şəhər planlaşdırma şurası tərəfindən təsdiq olunub. 2019-cu ildə Azərbaycan tərəfi layihənin icrasına başlamağı planlaşdırır.