Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azərbaycan dünyanın ən nüfuzlu ölkələrinin - REYTİNQİNDƏ
Dünyanın ən nüfuzlu ölkələri hansılardır? ABŞ-ın “US News” nəşri, “Wharton” və “BAV Group”un versiyasına görə, belə dövlətlər tez-tez xəbər başlıqlarında adı hallanan, siyasətdə müzakirə olunan, qlobal iqtisadi modellər yaradan ölkələrdir.
Bu ölkələrin xarici siyasəti və hərbi büdcəsini ekspertlər yaxından izləyir. Nüfuzlu ölkələr hər hansı vəd verəndə, onların bu vədi yerinə yetirəcəyinə inanmağa əsas olur.
Azərbaycanın da daxil olduğu dünyanın ən yaxşı 80 ölkəsi reytinqindən savayı “US News”, “Wharton” və “BAV Group” dünyanın ən nüfuzlu ölkələrinin siyahısını hazırlayıb.
Azərbaycan ötən ildə olduğu kimi siyahıda yer alır və 45-ci yerdə göstərilib. Azərbaycanın və aparıcı dövlətlərin reytinqdəki mövqeyi bir il ərzində dəyişib.
Oxu.Az Media.Az-a istinadən xəbər verir ki, ölkələrin nüfuz göstəricisi bir neçə parametr əsasında qiymətləndirilib: ölkənin lideri, iqtisadi imkanları, siyasi imkanları, beynəlxalq alyanslar, ordu
Birləşmiş Ştatlar dünyanın ən nüfuzlu ölkəsi kimi göstərilib. Belə ki, ABŞ ən böyük iqtisadi və hərbi büdcəyə malikdir.
İkinci yerdə Rusiya, üçüncü yerdə isə Çin gəlir. Reytinqdə müvafiq ardıcıllıqla Almaniya, Böyük Britaniya, Fransa, Yaponiya, İsrail, Səudiyyə Ərəbistanı yer alıb. İlk onluğu Cənubi Koreya tamamlayır.
Azərbaycanın qonşularına gəlincə İran 13-cü yerdə, Türkiyə 16-cı yerdə qərarlaşıb. Post-sovet məkanından, Belarus – 35-ci , Ukrayna 39-cu, Qazaxıstan 43-cü, Estoniya 80-ci, Latviya 79-cu yerdə göstərilib.
Qeyd edək ki, Ermənistan artıq 4 ildir ki, heç bir göstəricisinə görə, bu reytinqə düşə bilmir.
"Almaniya" teqi üzrə xəbərlər
- Şolts Ukraynaya çatacaq hərbi yardımın qarşısını alır
- Almaniyada 400 illik heykəlin ayağından XƏZİNƏ tapıldı
- Almaniyanın bütün hava limanlarında uzun növbələr yaranıb: Kompüter sistemi sıradan çıxıb
- Suriya lideri Almaniya və Fransanın XİN rəhbərləri ilə görüşüb
- Berlində polis məntəqəsi yaxınlığında partlayış: Yaralananlar var