Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Əli Əsədovdan qərar - Tarif Şurasının bir sıra səlahiyyətləri Nazirlər Kabinetinə verildi
Nazirlər Kabinetinə bir sıra yeni səlahiyyətlər verilib.
Oxu.Az xəbər verir ki, müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən, “Azərbaycan Respublikasının ərazisinə idxal olunan karantin nəzarətində olan materiallarda karantin tətbiq edilən zərərli orqanizmlər aşkar olunduqda onların fitosanitar nəzarəti məntəqələrində və ya yükün təyinat yerlərində zərərsizləşdirilməsi qaydası da daxil olmaqla, karantin nəzarətində olan materialların zərərsizləşdirilməsi Qaydaları”nın 6-cı hissəsinin ikinci abzasında “Tarif (qiymət) Şurası” sözləri “Nazirlər Kabineti” sözləri ilə əvəz edilib.
“Azərbaycan Respublikasına gətirilmiş və respublikadan aparılması nəzərdə tutulan karantin nəzarətində olan materiallara fitosanitar karantin baxışının keçirilməsi və ekspertizanın aparılması Qaydaları”nın 26-cı hissəsində “Tarif (qiymət) Şurası” sözləri “Nazirlər Kabineti” sözləri ilə əvəz edilib.
“Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması, qeydiyyata alınması və istifadəsinə icazə verilmiş preparatların siyahısına daxil edilməsi Qaydaları”nın 27-ci hissəsinin ikinci abzasında “Tarif (qiymət) Şurası” sözləri “Nazirlər Kabineti” sözləri ilə əvəz edilib.
"Əli Əsədov" teqi üzrə xəbərlər
- Xorvatiyanın baş naziri Əli Əsədova başsağlığı məktubu ünvanlayıb
- Azərbaycanda pedaqoji işçilərin əməyinin saathesabı ödənilməsinin yeni məbləğləri təsdiq edilib
- Azərbaycanda büdcə təşkilatlarında çalışan işçilərin yeni maaşları təsdiqlənib
- Azərbaycanda idman sahəsində seleksiya üzrə baş mütəxəssislərin maaşı artıb
- Azərbaycanda dövlət qulluqçusu olmayan şəxslərin aylıq vəzifə maaşları artırılıb