23 
İyl
2020
19:32
493
76
4085
Virtual karabakh

Hikmət Hacıyev: “Erməni tərəfi qarşısına qoyduğu məqsədə çata bilmədi”

23 İyl, 2020
19:32
4085

Hikmət Hacıyev: “Erməni tərəfi qarşısına qoyduğu məqsədə çata bilmədi”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tərəfindən Ermənistan silahlı qüvvələrinin 12 iyul tarixində Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində hərbi təxribatı ilə bağlı Rusiyanın “Kommersant” qəzetinə verilmiş müsahibəni diqqətinizə təqdim edirik:

- Azərbaycan hakimiyyəti son günlər baş verən gərginləşmədən hansı nəticəni çıxaracaq?

- Vəziyyətin gərginləşməsi Ermənistan Silahlı Qüvvələri tərəfindən qəsdən törədilmiş təxribat və hərbi-siyasi avantüra idi. Biz bunu təcavüz, terror aktı, o cümlədən Azərbaycana qarşı silahlı qüvvələrin qanunsuz istifadəsi və dövlət sərhədini pozmaq cəhdi kimi qiymətləndiririk. Bütün bunlara baxmayaraq, erməni tərəfi qarşısına qoyduğu məqsədə çata bilmədi.

- Gələcəkdə oxşar vəziyyətin təkrarlanmasının qarşısını almaq üçün nə edə bilərsiniz?

- Bu bir daha ATƏT-in Minsk Qrupu həmsədrlərinin (Rusiya, ABŞ və Fransa), bütün beynəlxalq ictimaiyyətin Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün fəaliyyətini gücləndirməyin zəruriliyini vurğulayır. Regional sülhə və təhlükəsizliyə əsas təhdid mənbəyi münaqişənin həll olunmamasıdır. Sonuncu münaqişə bir daha göstərdi ki, erməni tərəfi həmişə belə hərbi avantüralardan istifadə edərək bölgədəki vəziyyəti çətinləşdirir, təmas xəttində və iki ölkə arasında dövlət sərhədi boyunca gərginlik yaradır.

Müsahibəni bütöv şəkildə bu keçiddən oxuya bilərsiniz. 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri