30 
İyl
2020
12:36
123
80
1359
Virtual karabakh

Fuad Muradov: “Ermənilər Azərbaycan diasporundan belə reaksiya gözləmirdi”

30 İyl, 2020
12:36
1359

Fuad Muradov: “Ermənilər Azərbaycan diasporundan belə reaksiya gözləmirdi”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ermənistanın Tovuz istiqamətində törətdiyi təxribatı dünyaya çatdırmaqda diaspor nümayəndələrinin, könüllülərinin və gənclərin böyük rolu olub”.

Oxu.Az-ın məlumatına görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib. 

Onun sözlərinə görə, qısa zamanda gənclər qrupunun “Kharabakh is Azerbaijan” həştəqi onluğa düşüb:

“Bu dövrdə 26 xarici diaspor təşkilatı 86 bəyanat ünvanlayıb və bu bəyanatlar beynəlxalq təşkilatlara göndərilib. 26 ölkədə 20 dildən çox məqalə çap olunmuşdu.

200-dək xəbər yayımlanıb. Ümumilikdə 28 ölkədə 68 aksiya keçirilib. Növbəti 11 aksiya avqustun 9-dək həyata keçiriləcək. Aksiyalarda 25 mindən çox insan iştirak edib. Aksiyaların 32-si Avropa ölkələrində, 13-ü ABŞ-da, səkkizi Türkiyədə baş tutub”.

F.Muradov bildirib ki, erməni diasporu Azərbaycan diasporundan, vətəndaşlarından belə reaksiya gözləmirdi:

“Tarixdə ilk dəfədir ki, bizim soydaşlarımız bu istiqamət üzrə mütəşəkkil şəkildə fəaliyyət göstərib, onlara cavab verilib, onların təxribatını beynəlxalq arenaya çıxarıb. Böyük şəhərlərdə bir daha göstərildi ki, xaricdə yaşayan soydaşlarımızın Azərbaycan dövlətinə dəstəyi və Azərbaycan ordusuna böyük inamı var. Bizim haqq səsimiz böyük paytaxtlarda çatdırıldı. Bu işdə gənclərin rolu xüsusi vurğulanır”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri