22 
Noy
2020
15:08
719
18
2182
Virtual karabakh

İbrahim Kalın: “Türkiyənin Qarabağda olması Aİ, NATO, Qərb ittifaqı üçün önəmlidir”

22 Noy, 2020
15:08
2182

İbrahim Kalın: “Türkiyənin Qarabağda olması Aİ, NATO, Qərb ittifaqı üçün önəmlidir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Türkiyənin tarazlıq amili olaraq Qarabağda, Suriyada və Liviyada olması Aİ, NATO, Qərb ittifaqı üçün son dərəcə önəmlidir”.

Bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın NTV telekanalındakı “Özəl Reportaj” proqramında gündəmdəki mövzulara dair sualları cavablandırarkən deyib.

“Qarabağ məsələsində bizə tənqidlər gəldi: “Razılaşma əldə olundu, ancaq Rusiya önə çıxdı. Rusiya əsgərləri orada 5+5 il olacaq”.

Mən də bu cür cavab verdim:

“Rusiya əsgərinin varlığından narahat idinizsə, niyə bu günə qədər müttəfiq olaraq gördüyünüz Ermənistana oradakı Rusiya hərbi bazalarını çıxartmasını söyləmədiniz? Buna gücünüz çatırsa, buyurun, edin. Ermənistan çıxarsın oradakı Rusiya əsgərlərini”.

Rusiya əsgəri Qafqaza və ya Ermənistana yenicə gəlməyib ki, illərdir oradadır. Mən bunu dedim, hələ də deyirəm. ABŞ bir atəşkəs təşəbbüsü irəli sürdü, bizdən də dəstək istədilər, biz də dəstək olduq. Atəşkəs iki gün çəkdi.

Bundan əlavə, Fransa, məsələn, hər hansı bir təkliflə çıxış etdimi? Avropadan, NATO-dan və ya Aİ-dən hansı tətbiq edilə biləcək təklif gəldi ki, biz də onu rədd etdik? Ancaq Rusiya ilə oturub bu 30 illik münaqişəni həll edəcək, 2-3 aydır davam edən əməliyyatları sonlandıracaq bir anlaşma üzərində razılığa gəldik.

İndi Türkiyə əsgəri də orada olacaq. Müşahidəçi qüvvə kimi orada olacaq. Bu, Qərb və Avropa üçün də strateji qazanc olaraq görülməlidir”, - deyə İ.Kalın bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri