Noy
2023
12:40
262
17
3663
Virtual karabakh

Vaqif Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə iclasının vaxtı açıqlandı - YENİLƏNİB + FOTO/VİDEO

1 Noy, 2023
12:40
3663

Vaqif Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə iclasının vaxtı açıqlandı - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Çerkezoviç Xaçatryanın cinayət işi üzrə məhkəmə iclası bu günlük işini yekunlaşdırıb.

Oxu.Az-ın məlumatına əsasən, məhkəmənin növbəti iclası noyabrın 6-na təyin edilib.

12:05

Vaqif Xaçatryanın cinayət işi üzrə məhkəmə iclasında şahid Həsən Qasımov ifadə verib.

Oxu.Az-ın məlumatına əsasən, Həsən Qasımov bildirib ki, Vaqif Xaçatryanı və onun atasını da yaxşı tanıyıb.

“Meşəli hadisələrində mənim qohumlarım şəhid oldular. Mən Vaqifi lap çoxdan tanıyırdım. O zaman qara saçı var idi”, - deyə o əlavə edib.

11:41

Vaqif Xaçatryanın cinayət işi üzrə məhkəmə iclasında zərərçəkmiş Nadir Əkbərov ifadə verib.

Oxu.Az-ın məlumatına əsasən, O, Vaqif Xaçatryanı tanıdığını bildirib.

“Vaqiflə şəxsi münasibətim olmayıb. Amma özünü tanıyırdım. Vaqif Meşəli kəndindəki qətliamda iştirak edib. Vaqif hər şeyi yaxşı xatırlayır. Vaqif, sən mənim atamı, anamı öldürmüsən. Sonradan özünüzü xəstəliyə vurub İrəvana qaçırdınız”, - deyə o, Xaçatryana müraciət edərək bildirib.

Nadir Əkbərov qeyd edib ki, Meşəli kəndində ermənilər hamını qırmaq istəyirdilər.

10:57

Vaqif Xaçatryanın cinayət işi üzrə məhkəmə prosesində zərərçəkmiş Salman Rəhimov ifadə verib.

Oxu.Az-ın məlumatına əsasən, Salman Rəhimov deyib ki, Meşəli hadisələri zamanı erməni silahlıları mülki əhalini qıracaqları ilə hədələyiblər.

“Vaqif Xaçatryan həmin hadisələrin təşkilatçılarından olub. Meşəli kəndindən çoxu Vaqif Xaçatryanı tanıyırdı. Hamısı Vaqif Xaçatryanın adını çəkirdi.

Məhkəmədən xahiş edirəm ki, Vaqif Xaçatryana ən ağır cəza verilsin”, - deyə o əlavə edib.

10:37

Bu gün qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə başlayıb.

Oxu.Az xəbər verir ki, cinayət işi Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə araşdırılır.

08:10

Bu gün qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə keçiriləcək.

Oxu.Az xəbər verir ki, cinayət işi Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə araşdırılır.

Məhkəmə prosesində zərərçəkmiş şəxslər ifadə verəcəklər.

Qeyd edək ki, V.Xaçatryanın iştirakı ilə Qarabağ iqtisadi rayonunda yaşayan, həmçinin Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərdən ibarət yaradılmış, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı hərbi birləşmələrdən ibarət cinayətkar birliyin tərkibində Xocalı (keçmiş Əsgəran rayonu ərazisində) rayonunun Meşəli kəndində yerli azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı, təqib etmə, didərgin salma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma cinayətləri nəticəsində ümumilikdə 27 nəfər qəsdən öldürülüb, 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 2 nəfər kənd sakini girov götürülüb, 81 ailə təsərrüfatından ibarət 340 nəfər daimi yaşayış yerlərindən Azərbaycan Respublikasının digər ərazilərinə didərgin salınıb, kənd sakinlərinə ümumilikdə 13 568 060 manat, dövlətə isə 130 800 manat məbləğində maddi ziyan vurulub.

12 noyabr 2013-cü il tarixdə Xaçatryan Vaqif Çerkezoviç barəsində Cinayət Məcəlləsinin 103 və 107-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul edilib, 14 noyabr 2013-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib və 21 noyabr 2013-cü il tarixdə axtarışı elan edilərək müvafiq sənədlər Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinə və İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosuna göndərilib.

29 iyul 2023-cü il tarixdə Xaçatryan Vaqif Çerkezoviç səhhəti ilə bağlı Ermənistan Respublikasının ərazisinə keçmək istəyən zaman Laçın sərhəd-buraxılış məntəqəsində saxlanılaraq istintaqa təqdim olunub və həmin tarixdə ona Cinayət Məcəlləsinin 103 və 107-ci maddələrində nəzərdə tutulmuş ittiham elan edilərək barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bu il sentyabrın 22-də təqsirləndirilən şəxs V.Xaçatryana Cinayət Məcəlləsinin müvafiq maddələri ilə yenidən ittiham elan edilib və sentyabrın 29-da isə cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.

İş üzrə zərərçəkmiş kimi 58 vətəndaş və Xocalı Rayon İcra Hakimiyyəti tanınıb.

Xatırladaq ki, V.Xaçatryanın müdafiəçisi Natiq Bəybalayev səhhəti ilə bağlı məhkəməyə müraciət edib. O, daha müdafiə çıxışlarına gələ bilməyəcəyini bildirib. Hazırda V.Xaçatryanın hüquqlarını vəkil Radmina Abulova qoruyur.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri