Beş dəfə ərə gedən müğənni Yeşim Salkım sonuncu həyat yoldaşı Hakan Eratik istisna olmaqla keçmiş ərlərindən “Bütün evliliklərimdə əxlaqsızlıq gördüm” deyərək şikayətlənib.
Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, beşinci əri Hakan Eratikdən iyulda boşanan Yeşim Salkım şəxsi həyatı barəsində bunları danışıb:
“Evliliyə çox dəyər verən bu “əxlaqlı” cəmiyyətin, əslində nə qədər əxlaqsız olduğunu bütün evliliklərimdə gördüm. İndiki ağlım olsaydı son evliliyimdən başqa əvvəlki heç bir evliliyimi etməzdim”.
Yeşim Salkım “Bu qədər ildən sonra indimi ağıllandı?” deyənlərə də “Bəli, indi ağıllandım” deyə cavab verib.
Qadına qarşı zorakılığa da toxunan məşhur sənətçi daha bir etiraf edib:
“Evliliklərimdə çox aldadılmışam. Zorakılıq da görmüşəm, qarşılığını da vermişəm”.
Qızının atası və 8 illik həyat yoldaşı Hakan Eratiklə bağlı isə “Necə oldu, bitdi bilmirəm. Ondan da çox incimişəm. Sonuncu evliliyimdə ailə həyatımın xoşbəxt sonla bitməsini istəyirdim” deyib.
Aytən Sadıqzadə
www.oxu.az