Azərbaycan şou-biznesinin xanımları da 8 Mart Beynəlxalq Qadınlar gününü qeyd edir. Onlar həm öz təbriklərini, həm də aldıqları hədiyyələri sosial şəbəkədə nümayiş etdirirlər.
Müğənni Nigar Camal da “Instagram” hesabında “səhərim, nəfəsim, qəlbim” başlığı ilə hədiyyə almasını əks etdirən video paylaşıb. Videodan görünür ki, hədiyyə alan Nigar göz yaşlarını saxlaya bilmir.