Məşhur ABŞ-li reper Ofset (əsl adı Kiari Kendrell Sifus) Florida ştatındakı bir kazinonun qarşısında baş verən atışmadan sonra xəstəxanaya yerləşdirilib.
Oxu.Az TMZ-yə istinadən xəbər verir ki, hadisə ötən bazar ertəsi kazino dayanacağında baş verib.
Hadisə yerinə gələn polis vəziyyəti nəzarətə götürüb. İki nəfər saxlanılıb.
Qeyd olunur ki, reper həyat üçün təhlükə yaratmayan xəsarətlər alıb.
Sənətçinin nümayəndələri məlumatı təsdiqləyərək, onun hazırda yerli xəstəxanada həkimlərin nəzarəti altında olduğunu bildiriblər.
Hadisə ilə bağlı araşdırma davam etdirilir.