Braziliyanın dünyaca məşhur modeli Adriana Lima ilə Türkiyənin tanınmış yazıçısı Metin Haranın sevgili olduğu ortaya çıxıb.
Oxu.Az bu barədə Türkiyə mətbuatına istinadla xəbər verir.
Cütlük Antalyada təşkil olunan tədbirlərdən birində tanış olub. Onlar sosial şəbəkədə bir-biri haqqında xoş sözlər də yazıblar. A.Lima və M.Hara yaxın günlərdə Atatürk Hava Limanında öpüşərkən görüntüləniblər.
“Adriana ilə iyun ayında tanış olmuşuq. Səmimi söhbət etdik, ona kitabımı hədiyyə verdim. Bu müddətdə həmişə əlaqə saxlamışıq və bir-birimizə qarşı hisslərimiz var”, - deyə Metin Hara açıqlama verib.
A.S.