Aktrisa Julie Gayet hər gecə Fransa prezidenti Fransua Ollandın Elysee Sarayına gedir.
Oxu.Az-ın xarici mətbuata istinadən məlumatına görə, 42 yaşlı aktrisa sarayın bütün mebellərini öz zövqünə uyğun dəyişdirib. Lakin Fransa mətbuatı yazır ki, o, hələ Ollandla ailə qurmaq fikrində deyil.
Qeyd edək ki, 61 yaşlı prezident Fransua Olland Julie Gayet ilə münasibətlərini gizli saxlamağa çalışsa da, xəbər saytları bu barədə yazdıqdan sonra prezident 7 illik jurnalist sevgilisi Valeri Triyevaylerlə ayrılmışdı.