Amerikanın “Səs” şousunun ulduzu Kristina Qrimmi Florida ştatında güllələnib.
Oxu.Az xarici mətbuata istinadən xəbər verir ki, silahlı şəxs konsertdən sonra iki tapança ilə müğənniyə tərəf yaxınlaşıb və ona atəş açıb. Sonra isə özünü güllələyib.
Qatil yerindəcə ölüb, Kristina isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb, lakin həkimlər ifaçının həyatını xilas edə bilməyiblər.
Qətlin təfərrüatları və hadisəni törədən şəxsin kimliyi hələlik bilinmir.
Aytən Sadıqzadə
www.oxu.az