Həmişə formada olan 35 yaşlı müğənni Ani Lorak dünən Heydər Əliyev Sarayının səhnəsini coşdurmağı bacardı.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, müğənni rəqqas heyəti ilə Bakıdakı pərəstişkarlarına xoş anlar yaşadıb.
İngilis, rus və ukrayna olmaqla 3 dildə mahnıllar ifa edən gənc və gözəl müğənni Bakıya yenə gələcəyini dilə gətirib. Konsertdən doya bilməyən tamaşaçılar müğənni səhnəni tərk etdikdən sonra onu ikinci dəfə səhnəyə qaytarıblar.
Nəzərinizə çatdıraq ki, bu ukarynalı ulduzun Azərbaycana ikinci səfəridir.