“Avroviziya-2013” beynəlxalq uşaq mahnı müsabiqəsinin qalibi 11 yaşlı maltalı Qayya Kauçi olub.
Oxu.az “İTAR-TASS”-a istinadən xəbər verir ki, noyabrın 30-da Kiyevdə keçirilən yarışmada ukraynalı Sofiya Tarasova ikinci, Belorus vətəndaşı İlya Volkov isə üçüncü olub.
Taşamşaçıların səsverməsinin nəticəsinə görə Malta -130, Ukrayna - 121, Belorus isə 108 xal toplayıb.
Təşkilatçılar builki qalibləri qızıl, gümüş və bürünc medallar mükafatlandırıb.
XI beynəlxalq mahnı yarışmasında 12 ölkənin yeniyetmə müğənniləri iştirak edib: Azərbaycan, Belorus, Gürcüstan, Ermənistan, Makedoniya, Malta, Moldova, Niderland, Rusiya, San-Marino, Ukrayna və İsveç.
Qeyd edək ki, Ukraynada keçirilən bu müsabiqəyə 2,8 milyon avro xərclənib.