Azərbaycanın tanınmış aparısıcı Aynur Talıbovanın Facebook səhifəsindəki yazdığı və “Bakılı oğlanlar” KVN komandası, Azərbaycan telekanallarında yayımlanan şou-proqramları tənqid etdiyi yazısı sosial şəbəkələrdə böyük narazılıq dalğası doğurdu.
Oxu.Az xəbər verir ki, 1news.az-a müsahibə verən teleaparıcı məsələyə aydınlıq gətirib.
“Hər şey çox sadə məişət əhvalatından başladı – bazar günü səhər televizoru qoşdum, yerli kanalları dolaşdım və maraqlı heç bir şey tapmadın. Rusiya kanallarına keçdim, “Comedy club”un yayımlandığını görüb Qarik Martirosyana baxmağa başladım. Deməyin ki, Azərbaycanad “Comedy club”a təkcə mən baxıram və məndən başqa bu layihəni heç kim bəyənmir!
Bir neçə gün bundan əvvəl həm Rusiyada, həm də Türkiyədə yayımlanan “Qolos” (“Səs”) layihəsinə baxdım. “Səs”in Azərbaycan televiziyasındakı acınacaqlı bənzətməsini görmüşünüz? Mən heç yerli seriallardan danışmıram! Onları ümumiyyətlə türklərin serialları ilə müqayisə etmək olmaz!
Mən bu vəziyyətdən o qədər kədərlənmişdim ki, bu statusu yazdım. Və növbəti gün görürəm ki, bir çox kütləvi informasiya vasitələri mənim statusumu xəbər kimi dərc ediblər, bəzi “vətənşüvənlər” isə məni müzakirə və mühakimə etməyə başlayıblar.
Həmişəki kimi məni düzgün anlamadılar. Və bu vəziyyət məni daha çox əsəbləşdirir, belə çıxır ki, əksər sosial şəbəkə istifadəçiləri hələ dinləməyi və eşitməyi öyrənməyiblər. Mənim “Bakılı oğlanlar” KVN komandasına qarşı heç bir iradım yoxdur, deyə bilərəm ki, bu komandaya daim böyük hörmətlə yanaşmışam, fəxr etmişəm.
Komandanın kapitanı Anar Məmmədxanovu xüsusilə qeyd etmək istəyirəm – belə təhsilli, oxumuş, nəyi harada deməyin lazım olduğunu bilən vətənpərvər insanlarımız daim az olub, çoxları ona görə də paxıllıq edir və sevmirdirlər. Anar Məmmədxanovun “Bakılı oğlanları” bizim fəxrimiz olublar və olacaqlar da. Və onlar irəli getməli, xalqın səviyyəsini qaldırmalı, barəmizdə yaxşı fikir formalaşdırmalı idilər.
Lakin biz bu gün nə görürük? Son aylarda azərbaycanlılar Rusiya mətbuatının kriminal xronikasını “bəzəyirlər”, bizim haqqımızda yalnız mənfi şeylər yazırlar. Və bu düşmən millətin nümayəndələri, o KVN-dən çıxan şəxslərin Rusiya kanallarının əsas veriliş vaxtında yer tutmaları fonunda baş verir. Fərqi hiss edirsiniz? Çoxları etiraz edə, keçmiş “kvnçi” Timur Vaynşteynin Rusiya kanalında yüksək vəzifə tutduğunu deyə bilər, lakin o, Məmmədov deyil, Vaynşteyndir. Elçin Əzizovun Böyük Teatrdakı uğurları sevindirir, yalnız bu okeanda bir damladır.
Daha bir fakt məni özümdən çıxarır – forumlarda və sosial şəbəkələrdə millətlərarası münaqişələr, Qarabağ, etnik məsələlər haqqında aparılan bütün müzakirələrdə az hallarda tarixi bilən, faktlara müraciət edən, öz nəzər nöqtəsini mədəni ifadə edən insan görə bilərsən. Bizim “vətənşüvənlər” bir qayda olaraq üçüncü şərhdən sonra söyüşə keçirlər! Bu isə yaxşı deyil! Siz mənimlə razı deyilsiniz?” – deyə, Aynur soruşur.