Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Azərbaycanın "Avroviziya" təmsilçisinin ifa edəcəyi mahnı məlum olub
Azərbaycan "Avroviziya 2025"də "Run with U" mahnısı ilə təmsil olunacaq.
Bu barədə Oxu.Az-a İctimai Televiziyadan məlumat verilib.
Bildirilib ki, ölkəmizi təmsil edəcək "Mamagama" qrupunun ifa edəcəyi mahnının sözləri Asəf Mişiyevə (Saphael Mishi), musiqisi isə Asəf Mişiyev (Saphael Mishi), Həsən Heydər (KHVS) və Roman Zilianevə (Roman Zee) aiddir.
Mahnının artıq rəsmi klipi də təqdim olunub. Futuristik üslubda çəkilmiş rəsmi klipdə Azərbaycanın "Avroviziya" tarixində iştirak etmiş sənətçilər də yer alıblar.
Həmçinin builki çıxışda ilk dəfə olaraq saz milli musiqi alətindən də istifadə olunacaq.

"Avroviziya-2025" teqi üzrə xəbərlər
- Azərbaycan "Avroviziya-2025"də birinci yarımfinalda çıxış edəcək
- HƏMAS-ın hücumu zamanı sağ qalan ifaçı İsraili "Avroviziya"da təmsil edəcək
- Azərbaycanın "Avroviziya"da nümayəndə heyətinə yeni rəhbər təyin OLUNDU
- 2025-ci ildə "Avroviziya" müsabiqəsini qəbul edəcək şəhərin adı məlum oldu
- Azərbaycan İspaniyadakı "Avroviziya"ya getmir