Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Vətəndaşlar 594 nömrəli marşrut üzrə avtobus tapmaqda çətinlik çəkirlər - AYNA tapşırıq verib
Bakıdan Sumqayıta gedən vətəndaşlar pik saatlarda 594 nömrəli ekspres marşrutun avtobuslarını tapmaqda çətinlik çəkirlər.
Oxu.Az-a müraciət edən vətəndaşlar bildirib ki, sözügedən avtobuslar əvvəllər daha çox olurdu:
"Son bir həftədir ki, "20 Yanvar" metro stansiyasından qayıdarkən Bakı-Sumqayıt istiqamətində 594 nömrəli avtobusu tapmaqda çətinlik çəkirik. Əvvəl eyni saatda bir neçə avtobus olduğu üçün sərnişin sıxlığı daha az olurdu. İndi isə dəqiqələrlə avtobusun gəlməsini gözləyirik. Avtobus gec gəldiyi üçün sərnişinlərin sayı çox olur. Nəticədə də avtobusa minərkən sıxlıq yaşanır".
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Oxu.Az-ın sorğusuna cavab olaraq qeyd edilib ki, daşıyıcıya avtobus sayının artırılması barədə tapşırıq verilib:
"Sumqayıt şəhərini metronun "20 Yanvar" stansiyası ilə əlaqələndirən 594 nömrəli marşrut üzrə gündəlik 22 avtobus 7 dəqiqə hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərir. Pik saatlarda hərəkət intervalı 3 dəqiqəyə endirilir. Qeyd edək ki, paytaxtın giriş-çıxışında müşahidə edilən nəqliyyat sıxlığı avtobusların hərəkət intervalının artması ilə nəticələnir. Daşıyıcıya avtobus sayının artırılması barədə tapşırıq verilib".
Aygün Mirakif
"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)" teqi üzrə xəbərlər
- Paytaxtda avtomobil yolu daun sindromlu şəxslər üçün TƏHLÜKƏ yaradır
- Yük maşınları yeni qaydada yoxlanılacaq
- Sumqayıt sakinləri 12A və 30 nömrəli marşrut avtobuslarından ŞİKAYƏTÇİDİRLƏR
- Vətəndaşlardan şikayət: "508 nömrəli marşrutun sürücüləri özbaşınalıq edirlər"
- Bakıda iki avtobus marşrutunun hərəkət sxemi müvəqqəti DƏYİŞDİRİLDİ