Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azərbaycanlı aktrisa Florensiyada küçəyə alt geyimində çıxdı - FOTO
Cazibədarlığı ilə əks cinsin nümayəndələrini heyran qoyan, Türkiyədə aktrisalıq fəaliyyətini uğurla davam etdirən əslən azərbaycanlı Nəsrin Cavadzadə paylaşımı ilə yenə diqqət çəkib.
Oxu.Az xəbər verir ki, gözəl aktrisa İtaliyanın Florensiya şəhərinə açılan möhtəşəm mənzərə önündə güpürdan hazırlanmış transparan libasda kamera önünə çıxıb.
Qışın oğlan çağında açıq-saçıq əlbisə ilə küçədə cazibədar pozlar verən Nəsrinin geyimi müzakirələrə yol açıb. Belə ki, sənətçinin geyindiyi qara rəngli libas yalnız büstqalter və “şortdan” ibarət olub. Onun üzəri isə güpürlərlə bəzədilib.
Onun bu paylaşımına izləyicilər “Sizə baxanda üşüdüm”, “Çox arıqsan, bir az kökəlin”, “Gözəl, xəstə olacaqsınız” kimi şərhlər yazıb. N.Cavadzadə isə yazılan rəylərə heç bir reaksiya verməyib.
Rəşad Əliyev
"İtaliya" teqi üzrə xəbərlər
- İlaira Katastini: "Azərbaycanda insanlar enerji keçidinin əhəmiyyətini dərindən dərk edirlər"
- İtaliyada heyvanları yolda atıb gedənlərə sərt cəza veriləcək
- İtaliyada lentlə yapışdırılan banan əsəri fantastik qiymətə satıldı
- Kiyevdə hava hücumu təhlükəsi: Şəhərdəki səfirliklər bağlanır
- Bələdçilərin "növbəti səfərinizə saxlamayın" dediyi kənddən REPORTAJ
Rəylər