Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə onu görünüşünə görə tənqid edənlərə cavab verib.
O, qaşlarını və çəkisini bəyənməyənlərə “Instagram” hesabından bu sözləri yazıb:
“Hər birinizə bir xəbərim var. Qaşlarımı aldırmayacam və çəkimi artırmayacam. Öpdüm”.
Qeyd edək ki, N.Cavadzadə bir çox türk serial və filmlərində rol alıb. “Gözəl günlər görəcəyik” və “Quzu” filmlərində canlandırdığı obrazlar sayəsində aktrisa “Qızıl portağal” festivalı çərçivəsində “İkinci planda ən gözəl aktrisa” və “Ən gözəl qadın obrazı” nominasiyalarında iki dəfə qalib olub.
Rəylər