Azərbaycanlı müğənni Mikayıl Rəfiyev ata olub.
Oxu.Az Milli.Az-a istinadla xəbər verir ki, bu barədə müğənni özünün Facebook səhifəsində məlumat yazıb.
Müğənni qızının adını Suad qoyub.
“Suad, həyatımıza xoş gəldin. Bu gün mənim və ananın həyatında ən xoşbəxt gündür. Mənim mələyim, səni çox gözləmişdim. Sevirəm səni. Atan həmişə yanında olacaq”, - o sosial şəbəkədəki profilində qeyd edib.