Azəbaycan Dövlət Filarmoniyasının solisti, ilk opera-rok və pop ifaçısı Lətifə Soyuöz ailem.az-a müsahibəsində dostunun ona 30 minlik hədiyyə bağışladığını bildirib.
Oxu.Az xəbər verir ki, müğənni geyimlərinə çox pul xərclədiyini vurğulayıb.
“12 min manatlıq geyimim olub. Bu, mənə hədiyyə idi. Mənim üçün dəyərli insan hədiyyə edib. O insan mənim şans mələyimdir. Son vaxtlar da bir hədiyyə almışam. Dostum Renat həmin geyimin dizayneridir. 29-30 min manatlıq geyimdir. Gəlinliyə bənzər həmin geyimi mənə hədiyyə etdilər. Amma 25 manatlıq da nəsə alıb geyinə bilərəm. Mənim üçün qiymətin bir o qədər də önəmi yoxdur. Xoşuma gəlirsə, alıb geyinirəm”, - deyə ifaçı bildirib.
A.S.
www.oxu.az