Azərbaycanın Daxili İşlər Nazirliyi Türkiyənin ATV kanalında yayımlanan “Esra Erolda” adlı evlilik proqramında özünü polis kimi təqdim edən qadın haqda açıqlama verib.
Oxu.Az xəbər verir ki, nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə “Qafqazinfo”ya açıqlamasında deyib ki, proqramda Roza adlı xanım yanlış olaraq özünü polis kimi təqdim edib:
“Həmin xanım Azərbaycanın polis orqanlarında işləmir və heç zaman polis əməkdaşı olmayıb”.
Xatırladaq ki, sözügedən qadın proqramın ən qalmaqallı iştirakçısı kimi tanınır.
10:04
Türkiyənin ATV kanalında yayımlanan “Esra Erolda” evlilik proqramına Roza adlı azərbaycanlı xanım qatılıb.
Oxu.Az xəbər verir ki, 4 uşaq anası olan Roza təqaüddə olan polis məmuru olduğunu deyib.
Proqramda Gürsəl adlı bəy namizədinin onu evinə aparmaq istədiyini deyən 45 yaşlı azərbaycanlı qadın buna etiraz edib.