“AzTV”-nin keçmiş diktorlarından olan Kəmalə Hüseynova Kulis.az-a müsahibə verib.
Oxu.Az xəbər verir ki, o, efirdə ləhcə ilə danışan teleaparıcılardan bəhs edib.
“Aparıcılar tamaşaçını cəlb etmək üçün yüz oyundan çıxırlar. Ləhcə ilə danışmaqla həmin ləhcənin mənsub olduğu bölgə sakinlərinin diqqətini çəkməyə çalışırlar ki, bunun da adı yerlibazlıqdır. Dəhşətli olan odur ki, bu yerlibazlıq məişətimizdə onsuz da baş alıb gedirdi, artıq televiziyalara da sızıb. Bu gün efirə gəlmək çox asandır, kimin arxasında adamı varsa, sponsoru varsa, gəlib aparıcılıq edir.
Aparıcı Zaur Kamal bizim diktorlardan birini öz verilişinə dəvət edəndə həmin diktor demişdi ki, mən heç vaxt Zaurun verilişinə getmərəm, o, efirdə özünü apara bilmir. Lakin mən və mənimlə bərabər bir neçə diktor getdik onun verilişinə, həmin xanımın dediyini də kimsə Zaura çatdırmışdı deyə, Zaur efirdə dedi ki, mən bilirəm kimlə necə rəftar edirəm. Bir insanı hər kəs sevə bilməz, əgər hər kəs sevirsə, deməli,, sən riyakarsan, saxtakarsan”, - deyə K.Hüseynova bildirib.
A.S.
www.oxu.az