Türkiyənin TV8 kanalında yayımlanan “İşte Benim Stilim” dəb proqramının yeni mövsümünün açılışı olub.
Oxu.Az xəbər verir ki, 2-ci sezonun final gecəsində təqdim olunan yeni iştirakçılar arasında 17 yaşlı azərbaycanlı model Sima Şərafətdinova da var.
Sima “Best Model of Azerbaijan”ın birincisidir. Hazırda İstanbulda yaşayan həmyerlimiz adıçəkilən yarışmada mübarizə aparacaq.
Aytən Sadıqzadə
www.oxu.az