Azərbaycanlı rəqqasə Nigar Köksal həyat yoldaşı, xalq artisti Bilal Əliyevin bacısı oğlu müğənni Bəxtiyar Bilal və məşuqu ifaçı Həmid Sultanla bir yerdə yaşayır.
Oxu.Az xəbər verir ki, SİA-ya açıqlama verən qalmaqallı ifaçı Həmid Sultan bu haqda danışaraq vəziyyətlərindən razı olduğunu deyib:
“Biz üçümüz yəni Nigar, Bəxtiyar və mən birlikdə yaşayırıq. Buna görə də çox xoşbəxtik. Mehriban ailələr kimi dolanırıq. Buna görə də heç kim, heç nə deyə bilməz”.
Qeyd edək ki, bir müddət öncə Nigar Köksal mediaya açıqlama verərkən, Bəxtiyardan ayrıldığını və Həmidlə bir yerdə olduğunu bildirmişdi. Görünür, rəqqasə nə Bəxtiyardan, nə də Həmiddən ayrıla bilməyib.



www.oxu.az