Mayın 19-da Las-Veqas şəhərində “Billboard Music Awards 2014” mükafatlarının təqdimat mərasimi keçirilib.
Oxu.Az buro247.az-a istinadla xəbər verir ki, “MGM Grand Garden Arena”dakı mərasimdə müğənni, aktyor və bəstəkar Castin Timberleyk 7 nominasiyada qalib gəlib.
“Ən yaxşı debutant” nominasiyasında Lord, “Ən yaxşı rep müğənni” nominasiyasında isə Eminem rəqibləri üstələyiblər.
“Ən yaxşı radioşit” – “Blurred Lines”, “Ən çox yüklənən mahnı” – “Radioactive” (Imagine Dragons), “Ən çox yüklənən klip” – “Wrecking Ball” (Mayli Sayrus), “Ən yaxşı rəqs layihəsi” – “Daft Punk”, “ən yaxşı rok-mahnı” isə Lordun ifasında “Royals” olub.
44 yaşlı Cennifer Lopez “Şou-biznes ikonası” mükafatı alıb.
Səhnədə Şakiranın çıxışı böyük maraqla qarşılanıb.