Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Cennifer Qarnerin nişanlısı onun Ben Affleklə romantik FOTOLARINDAN sonra ultimatum verdi
Hollivud ulduzu Cennifer Qarnerin nişanlısı Con Miller Ben Afflekə görə aktrisaya ultimatum verib. Səbəb Qarnerin keçmiş həyat yoldaşı ilə sosial şəbəkələrdə yayılan romantik fotoları olub.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Page Six" nəşri ulduzların ətrafından olan insayderə istinadla xəbər verib.
Bildirilib ki, Con Miller həmişə Ben və Cenin uşaqlarının tərbiyəsi ilə bağlı ünsiyyətini dəstəkləyib, lakin hazırda o düşünür ki, Afflek həddi aşıb.
Nəşrin müsahibinin sözlərinə görə, nişanlısı Qarnerə ultimatum verib və keçmiş həyat yoldaşlarının bir-birinə qarşı hisslərini nümayiş etdirdikləri şəkilləri bir daha görmək istəmədiyini deyib.
Mənbə əlavə edib ki, əks halda Con Miller Cennifer Qarnerlə ayrılmağa məcbur olacağını vurğulayıb.
Qeyd edək ki, martın 2-də paparatsiyalar Ben Affleki və Cennifer Qarneri "Combat Paintball Park"da uşaqları ilə peyntbol oynadıqları zaman çəkiblər. Kadrda Afflek Qarneri qucaqlayıb və özünə sıxıb. Lakin aktrisa keçmiş həyat yoldaşının hərəkətinə heç bir reaksiya verməyib.
Cennifer Qarner və Ben Afflek 2005-ci ildən 2018-ci ilə qədər evli olublar. Onlar 2015-ci ildə ayrılıblar, lakin rəsmi olaraq nikahı bir neçə il sonra pozublar. Ayrılığın səbəbi aktyorun alkoqol asılılığı, həmçinin dayə Kristina Uzunyan ilə xəyanəti olub. Məşhurların üç uşağı var: qızları Vayolet Enn, Fin və oğulları Semyuel.
"Ben Afflek" teqi üzrə xəbərlər
- Ben Afflek keçmiş həyat yoldaşının yeni eşqinə mane oldu
- Afflekin keçmiş həyat yoldaşı Qarner onun Lopeslə münasibətindən narazılıq etdi
- Ben Afflekin evinin yerləşdiyi məhəllə külə döndü: Qızı ilə kədərini paylaşdığı anlar görüntüləndi
- Ben Afflek Cennifer Lopeslə birgə görüntülənib
- Cennifer Lopes haqqında yeni şayiə yayıldı: Mühafizəçisi ilə eşq yaşayır?