Cinsiyyətini dəyişdirərək kişi olan türkiyəli aktrisa Rüzgar Erkoçlar pərəstişkarlarına evlənəcəyi tarixi və yeni film ilə ekranlara dönəcəyi xəbərini verib.
Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, o, sözügedən mövzu ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.
“Nikahım 29 sentyabrda olacaq. Həmçinin yeni filmə çəkilmək üçün təşkilatçılarla görüşüb, müqavilə imzalamışam”, - deyə o bildirib.
R.Erkoçlar Tuğba Beyazoğlu ilə evlənəcəyini söyləyib.
A.S.
www.oxu.az