Azərbaycanın 59-cu “Eurovision” mahnı müsabiqəsindəki təmsilçisi Dilarə Kazımova Rifşelon adasında yerləşən B& Hallerne arenasında ikinci məşqini edib.
Oxu.Az xəbər verir ki, təmsilçimiz məşqdən sonra media nümayəndələri ilə görüşüb.
Xatırladaq ki, Dilarə Kazımova “Eurovision 2014” mahnı müsabiqəsinin mayın 6-da Kopenhagendə keçiriləcək birinci yarımfinalında səhnəyə 8-ci çıxacaq.
Ümumiyyətlə, 59-cu “Eurovision 2014” mahnı müsabiqəsinin mayın 6-da və 8-də yarımfinal, 10-da isə final mərhələsi baş tutacaq.