Aktrisa Dryu Berimor Cimmi Fellon ilə “The Tonight Show”da dörd dəqiqə efir vaxtı ərzində üç dünya rekordu qırıb. 22 saniyə ərzində o, 10 qızın dodağını boyayıb, daha sonra 10 kağız bannerin içindən qaçıb, sonda isə iki metrdən çox eni olan böyük pariki taxıb.
Oxu.Az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Berimorun rekordlarını “Ginnes”in rekordlar kitabının nümayəndəsi qeydə alıb. O, aktrisaya diplom təqdim edib.
Aktrisanın məzəli rekordlarının əks olunduğu çarxa bir neçə gün ərzində “YouTube”da milyondan çox baxış olub.
Aytən Sadıqzadə
www.oxu.az