Müğənni Elnarə Xəlilovanın yaşadığı binada yanğın baş verib.
Oxu.Az xəbər verir ki, ifaçı bu haqda sosial şəbəkədə məlumat yayıb.
“Yaşadığımız binada elektrik naqillərində yanğın baş verib. Çox şükür, yanğın heç bir mənzilə keçməyib. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğını tez söndürdülər. Bütün şaxtanı su basıb. Buna görə bir həftə binada işıq olmayacaq. Narahat olmayın, heç kimə heç nə olmayıb”, - deyə o bildirib.
A.S.
www.oxu.az