Xəbər verdiyimiz kimi dünya şöhrətli müğənni-bəstəkar Eminin Avropa turu davam edir.
Oxu.Az xəbər verir ki, ifaçı ötən gün Madriddə konsert proqramı ilə çıxış edib.
O, “Amor” albomunun tanıtımı məqsədiylə keçirilən gecədə sevilən mahnılarını ifa edib.
Qeyd edək ki, Emin bir neçə gün əvvəl Londonda konsert verib. Müğənni martın 18-də Parisdə, 24-də Minskdə, 23 apreldə Yesentukidə, iyulun 16-da isə Bakıda konsert proqramı ilə çıxış edəcək.
Aytən Sadıqzadə
www.oxu.az